01 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə şirkəti Azərbaycan Hərbi Dəniz Qüvvələri üçün gəmi istehsal edə bilər

06.09.2022

Türkiyənin "Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş.” (STM) şirkəti Azərbaycan Hərbi Dəniz Qüvvələri üçün hərbi gəmi istehsalını planlaşdırır.

"DM"-nın əldə etdiyi məlumata görə, şirkət STM-MPAC multifunksional hərbi gəmisinin layihəsini hazırlayıb. Layihə artıq Azərbaycan Hərbi Dəniz Qüvvələrinə təklif edilib. Təklif qəbul edilərsə, 3 il ərzində gəmi istehsal edilib Azərbaycana təhvil verə bilər.

STM-MPAC-in ortalama qiyməti 100 milyon dollardır. Üzərinə əlavə edilən hərbi avadanlıqlar və təchizatdan asılı olaraq gəminin qiyməti dəyişir.