İranın müdafiə nazirinin müavini Azərbaycana gəlib 
    
                          
     
                         06.09.2022
 
    
                        İranın müdafiə nazirinin müavini admiral Əmir Rasteqari Azərbaycana üçgünlük səfərə gəlib.
"DM" xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.
İranlı admiralın səfər çərçivəsində "ADEX-2022” 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edən ölkələrin müdafiə sənayesi nümayəndələri ilə görüşləri nəzərdə tutulub.