07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“A2Z Technologies” regionun ən böyük müdafiə sənayesi sərgisində iştirak edir - FOTO

06.09.2022

Ölkənin aparıcı İT şirkətlərindən biri olan "A2Z Technologies” QSC sentyabrın 6-dan 8-dək Bakı şəhərində keçiriləcək 4-cü Azərbaycan Beynəlxalq Müdafiə "ADEX” sərgisində iştirak edir.

"ADEX” sərgisi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir.

Sərginin xalqımızın Vətən müharibəsində qazandığı şanlı zəfərdən sonra ilk dəfə keçirilməsi ona xüsusi əhəmiyyət verir. Azərbaycan ordusunun qələbəsində müstəsna rol oynamış hərbi-sənaye kompleksinin gücü və qüdrəti, müasir silahlarla yanaşı digər sahələrin önəmli məhsul və həlləri sərgidə təqdim olunur.

"A2Z Technologies” QSC sərgidə yerli və xarici mütəxəssislər tərəfindən hazırlanmış İT xidmətlərlə birgə təhlükəsizlik və müasir texnologiya məhsulu olan identifikasiya sistemləri, alternativ enerji ilə təmin olunan ağıllı dirəklər, kiber təhlükəsizlik həlləri, bulud texnologiyaları, yüksək təhlükəsiz milli ismarıc sistemi və s. həlləri təqdim edir. Bununla yanaşı, xarici tərəfdaşların istehsal etdiyi bir sıra şəbəkə və İT avadanlıqlarını ilə şirkətin təmsil olunduğu stenddə tanış ola bilərsiniz.

Dünyanın 20-dən çox ölkəsinin yer aldığı "ADEX” sərgisində "A2Z Technologies” QSC 3-cü zalda A3104 saylı stenddə təmsil olunur. Bütün sərgi ziyarətçilərini stendimizi ziyarət etməyə dəvət edirik.

"A2Z Technologies” QSC 2013-cü ilə fəaliyyətdədir. Yüksək texnologiyaların tətbiqi, proqramlaşdırma və İT həllər təqdim edən şirkətin hazırda 286 nəfərdən çox yerli və xarici mütəxəssislərdən ibarət heyətə malikdir. Şirkət HPE, "Dell”, "Microsoft”, "Cisco”, "Aruba”, "Atos” və bir sıra İT korporasiyaların tərəfdaşıdır.