07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Blumberq: Rusiya iqtisadiyyatı sürətlə çökür

06.09.2022

ABŞ və Avropa sanksiyalarının təsiri genişləndikcə Rusiya uzun və dərin tənəzzüllə üzləşə bilər. Hökumətin hazırladığı daxili hesabata görə, iqtisadiyyat 2030-cu ilə qədər aşağı düşə bilər.

"DM" xəbər verir ki, bu barədə "Blumberq” məlumat yayıb.

"Hesabatda təqdim olunan üç ssenaridən ikisi tənəzzülün gələn il daha da sürətlənəcəyini, iqtisadiyyatın müharibədən əvvəlki səviyyəyə yalnız onilliyin sonunda və ya daha sonra qayıdacağını göstərir. Bütün ssenarilər sanksiyaların artan təzyiqini nəzərdə tutur və daha çox ölkənin qoşulacağı ehtimal edilir. Avropanın Rusiya neft və qazından kəskin şəkildə imtinası Kremlin öz bazarının inkişaf qabiliyyətinə də zərbə vura bilər. Əsas ixrac bazarı olan Avropaya qaz tədarükünün tamamilə dayandırılması Rusiyaya ildə 6,6 milyard dollara başa gələ bilər. İtirilən satışları yeni ixrac bazarları tərəfindən hətta ortamüddətli perspektivdə tam kompensasiya etmək mümkün olmayacaq”, - məlumatda deyilib.