07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanda iriçaplı yeni pulemyot istehsal olunub – FOTO

06.09.2022

Azərbaycanda 12,7 millimetrlik, iriçaplı yeni pulemyot istehsal olunub.

Trend xəbər verir ki, silah 2000 metrdən 3000 metrə qədər qısa və uzun qatarlarla atəş açma xüsusiyyətinə malikdir.

Pulemyotun əsasən düşmənin canlı qüvvəsinin və yüngül istehkamlarının dağıdılmasında tətbiqi nəzərdə tutulur. Silahda 12,7 və 108 diametrli güllələrdən istifadə olunur. Yeni silahlar Bakıda keçirilən "ADEX 2022” dördüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi və "Securex Caspian” 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə sərgisində nümayiş olunur.

Qeyd edək ki, sərgidə 208 şirkət təmsil olunur. İştirakçılar arasında Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri təmsil olunur. Sərgiyə ilk dəfə İordaniyadan olan şirkətlər də qatılıb. Bu il 8 ölkə milli stendləri ilə iştirak edir.