08 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakının iki küçəsində hərəkət məhdudlaşdırılır

05.10.2018

Paytaxtın iki mərkəzi küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Məlumatda qeyd edilib ki, təmir işləri ilə əlaqədar olaraq oktyabrın 6-da axşam saat 23:00-dan oktyabrın 7-də səhər saat 06:00-a qədər (yeddi saat) Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsində, həmçinin oktyabrın 7-də axşam saat 23:00-dan səhər saat 6:00-a qədər (yeddi saat) Heydər Əliyev prospektinin Böyük Şor yol qovşağından şəhər istiqamətində köməkçi yolun Bağırov körpüsünün altından keçən hissəsində hərəkət məhdudlaşdırılacaq.
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri xahiş olunur.