Zakir Həsənov və Yaşar Gülər sərgidəki silahlarla tanış olub 
    
                          
     
                         06.09.2022
 
    
                        Azərbaycanın müdafiə naziri Zakir Həsənovla Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülər "ADEX” Beynəlxalq Müdafiə Sərgisində sərgilənən silahlarla tanış olublar.
"DM" xəbər verir ki, Zakir Həsənov Yaşar Gülərə Azərbaycan Ordusunun istifadəsində olan silahlar barədə məlumat verib.
Yaşar Gülər də öz növbəsində Türkiyə istehsalı olan texnikalar, uçuş aparatları, helikopterlər barədə Zakir Həsənovu məlumatlandırıb.
Qeyd edək ki, müdafiə sərgisi sentyabrın 8-də bitəcək.