05 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Tərtər işi”nə görə həbs olunan Rahib Məmmədov kimdir?

05.09.2022

"Tərtər işi” ilə bağlı həbs olunan Rahib Məmmədovun kimliyi ilə bağlı bəzi məlumatlar məlum olub.

"DM" xəbər verir ki, Rahib Məmmədov həbs olunana qədər ədliyyə mayoru rütbəsində hərbi hüquqşünas kimi xidmət edib. O, həmçinin Rahib Bəşər imzası ilə tanınan şairdir.

Rahib Məmmədov Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm” və "Azərbaycan Bayrağı” mükafatları laureatıdır.

Onun "Həyat eşqi”, "Sevgi dünyam”, "Zirvəyə doğru” adlı kitabları nəşr olunub.

Xatırladaq ki, Rahib Məmmədov "Tərtər işi” ilə bağlı həbs olunub.

O, Cinayət Məcəlləsinin 145.3, 293.2, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.