05 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Borrel: “Vizanın olması rusiyalıların Aİ ərazisinə daxil olmasına zəmanət vermir”

05.09.2022

"Hazırda Rusiya vətəndaşlarının malik olduğu aktiv Şengen vizalarının sayı 1 milyondan çox deyil”.

"DM” "Politico”ya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Anitta Hipper bildirib.

"Sentyabrın 1-nə olan məlumata görə, Şengen vizasına malik Rusiya vətəndaşlarının sayı 963 189 nəfərdir”, - o deyib.

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel isə rusiyalı turistlərin Şengen vizasına malik olması faktının hələ onların konkret ölkənin ərazisinə daxil olmasına zəmanət vermədiyini bildirib.

"Aİ ölkələrinin öz sərhədlərinə nəzarət etməsi barədə razılıq əldə olunub. Yəni Avropa vizasının olması rusiyalıların Aİ ərazisinə daxil olmasına zəmanət vermir. Bu, sadəcə ilkin şərtdir, amma sərhəddə onlar yoxlamadan keçməlidir və onları Aİ ərazisinə buraxmaya da bilərlər”, - Borrel deyib.