08 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putin vəsiqəsini aldı

07.02.2018

Dövran Media RİA Novostiyə istinadən məlumat verir ki, Vladimir Putin
prezidentliyə namizəd vəsiqəsi alıb, bu barədə Rusiya liderinin mətbuat katibi
Dmitri Peskov bildirib. Sənəd dövlət başçısının vəkilı Sergey Kabışevə təqdim
olunub. O, qeyd edib ki, artıq üçüncü dəfədir ki, Vladimir Putinin namizədlik
vəsiqəsini alır. Dövlət başçısı öz xidməti vəzifəsini yerinə yetirdiyi ücün şəxsən
qeydiyyatda iştirak edə bilməyib. Putin MSK-ya öz gəlirləri barədə hesabat verib.
Mərkəzi Seçki Komissiyası həmçinin Putinin bəyannaməsinin dərcində, onun
seçki ilindən əvvəlki altı il üçün gəlirinin ümumi həcmi 38,5 milyon rubl təşkil
etdiyini bildirir. Bəyannamədə əsas gəlir mənbələri sırasinda hərbi pensiya, əmək
haqqı və banklardakı əmanətlərin faizləri göstərilib.
Putinin adına Sankt-Peterburqdakı 77 və 18 kvadratmetr sahəsi olan mənzili və
qarajı daşınmaz əmlakı kimi müvafiq olaraq qeydə alınıb. Bundan başqa,
Moskvada sahəsi 153,7 kvadrat metr olan mənzil də prezidentin daimi istifadəsinə
verilib. Putin həmcinin 1960 və 1965-ci il buraxılışlı ГАЗ-М21, 2009-cu il
"Niva” markalı avtomobillərin və 1987-ci il buraxılışlı trailerin sahibidir.
MSK-nın məlumatından göründüyü kimi Vladimir Putinin seçki kampaniyası
üçün yanvarın sonunadək təxminən 71 milyon rubl vəsait xərclənmişdir. Onun
seçkiqabağı kampaniyası tam formalaşıb. Açılış anından onun secki hesabına
maksimal məbləğ daxil olmuşdur ki, qanuna əsasən, Rusiya prezidentliyinə
namizəd öz kampaniyası üçün 400 milyon rubl xərcləyə bilər. Xatirladaq ki,
hazırkı dövlət başçısı seçkilərdə namizədliyini fərdi şəkildə irəli sürüb.