29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya Qarabağı həll etmək istəsə, Qərb imkan verməz

05.10.2018

Mən Rusiyanın ətraf bir neçə rayonu geri qaytarmaq istədiyi ilə bağlı rəyləri bölüşmürəm. Əgər Rusiya Qarabağı qaytarmaq istəyirdisə, 27 ildə müəyyən müsbət addım atardı.
"Dövran Media" xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov "Yeni Müsavat”a geniş müsahibəsində bildirib.
Deputat bildirib ki, Dağlıq Qarabağ problemi artıq Rusiyanın ixtiyarından çıxıb:
"Artıq bu məsələ ilə Avropa dövlətləri, ABŞ məşğuldur. ATƏT-in Minsk Qrupuna da heç kəsin inamı qalmayıb. Amma bu faktdır ki, ABŞ, Avropa, Rusiya, Türkiyənin Azərbaycanda maraqları var.
Rusiya Qarabağ tənzimlənməsi ilə bağlı addım atsa, Qərb buna imkan verməyəcək. Biz NATO ilə əməkdaşlıq edirik, amma bu Alyansa daxil olmaqla əlaqədar heç bir söz-söhbət getmir. Çünki NATO-ya daxil olsaq, bu dəfə Rusiya tərəfdən müəyyən təzyiqlərə məruz qala bilərik. Necə ki Gürcüstan, Ukraynada hadisələr baş verdi. Ona görə də ən düzgün yol Azərbaycanın balans siyasətini davam etdirməsidir”.
Millət vəkili bildirib ki, Azərbaycanın Orduya hər il dövlət büdcəsindən 3-4 milyard vəsait ayırmasının səbəbi var:
"Çünki Ordumuzu gücləndiririk. Azərbaycan Ordusunda bu gün istənilən silah növləri mövcuddur, yeniləri də alınır, hərbçilərimizin əhval-ruhiyyəsi çox yüksəkdir. Yəni torpaqların azad edilməsi yalnız hərbi yoldan keçir. Tarixdə hələ görünməyib ki, sülh yolu ilə işğaldakı torpaq azad edilsin”.