27 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

FHN: "Zaqatala, Qəbələ və Oğuzda yanğınlar davam edir"

05.09.2022

Zaqatala, Qəbələ və Oğuz rayonlarında yüksək dağlıq ərazisindəki meşə sahəsində baş vermiş yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Bu barədə  Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd edilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Xatırladaq ki, avqustun 30-da Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın baş verib. FHN-in müvafiq qüvvə və texnikaları, o cümlədən 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Sentyabrın 2-dən etibarən isə Oğuz və Qəbələ rayonlarında meşə yanğınları başlayıb.