27 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ruslan Əliyev: “Qarabağın qazlaşması planına dəyişikliklər olunacaq”

02.09.2022

"İşğaldan azad olunmuş ərazilərin qazlaşması planına dəyişikliklər olunacaq”.

"DM" xəbər verir ki, bu barədə "Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı” aksiyası çərçivəsində çıxışında bildirib.

O bildirib ki, əvvəl bu planda rayonlar üzrə adlar salınıb, lakin indi prosesin bölgələr üzrə aparılması ilə bağlı dəyişikliklər edilir.

R.Əliyev onu da əlavə edib ki, bu gün Qarabağ bölgəsində ilk qaz xəttinin hansı kəndə və ya hansı şəhərə veriləcəyini demək çətindir:

"Planda Ağdam və Füzuli nəzərdə tutulmuşdu, ancaq çox güman ki, o planda dəyişiklik olacaq”.

Onun sözlərinə görə, planla qazlaşma işləri 2022-də başlamalı idi, lakin hələ ki "Azəriqaz” tərəfindən işğaldan azad olunmuş ərazilərdə fiziki işlər başlanılmayıb, ancaq layihələndirmə işləri aparılıb.

"İlkin növbədə oraya yüksək təzyiqli magistral kəmər çəkilməlidir ki, ondan sonra biz pərakəndə satışı həyata keçirmək üçün digər kəmərlərin çəkilişini həyata keçirək”.