29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezident İlham Əliyev İraq və Maldiv prezidentlərini təbrik edib

04.10.2018

Azərbaycan Prezidenti İlham Əliyev İraq Prezidenti Bərham Salehə təbrik məktubu ünvanlayıb.
kdə deyilir: "Hörmətli cənab Prezident, İraq Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə İraq arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İraq xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram".
Dövlətimizin başçısı, həmçinin Maldiv Respublikasının yeni seçilmiş Prezidenti İbrahim Məhəmməd Solihi təbrik edib.
Məktubda qeyd olunur: "Hörmətli cənab Solih, Maldiv Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
Ümidvaram ki, ölkələrimiz arasındakı münasibətlər birgə səylərimizlə bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".