28 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kollektivə yeni təyin olunan direktora xəsarət yetirilib - VİDEO

02.09.2022

Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov tərəfindən Göyçay rayon Uşaq Musiqi Məktəbinə yeni təyin olunan direktor polisə müraciət edib.

"DM"-nın məlumatına görə, Günay Hacıyeva təyinatdan sonra ona qarşı zorakılıq edən musiqi məktəbinin müəllimlərindən polisə şikayət edib.

O, etiraz zamanı xəsarət aldığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, Günay Hacıyeva direktoru olduğu məktəbin müəllimləri tərəfindən ona xəsarət yetirilməsi ilə bağlı Göyçay Rayon Polis Şöbəsinə müraciət edib:

"İlkin olaraq xəsarətlərin dərəcəsinin müəyyən olunması məqsədilə müvafiq ekspertizalar təyin olunub. Ekspertizanın rəyindən və aparılan araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov uzun illər Göyçay rayon Uşaq Musiqi Məktəbinə rəhbərlik edən Rövşən Zamanovu işdən azad edib və onun yerinə Ağdaş musiqi məktəbində nəzəriyyə müəllimi kimi çalışan Günay Hacıyevanı direktor təyin edib. Musiqi məktəbinin kollektivi toplaşaraq yeni təyinata qarşı etiraz edib