28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şəmkir sakininin evindən avtomat götürülüb - Video

02.09.2022

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini Zakir Əmiraslanov saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan "tiryək” aşkar edilərək götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Z. Əmiraslanovun yaşadığı evə baxış keçirilən zaman gizlətdiyi, 1 ədəd istifadəyə yararlı "Kalaşnikov” markalı avtomat, 1 ədəd həmin avtomata məxsus daraq və 22 ədəd 7.62 mm-lik avtomat patronu aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.