04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ANAMA ötən ay azad olunmuş ərazilərdə aşkarlanan minaların sayını açıqlayıb

01.09.2022

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən ay aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan verilən məlumata görə, avqustun 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Xocalı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 2 353, tank əleyhinə 689 mina (cəmi 3 042) və 1 131 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 5 523,74 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.