03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

AZAL Bakı-İstanbul-Bakı reysinə baqajsız bilet satmağa başlayı

01.09.2022

"Azərbaycan Hava Yolları" QSC (AZAL) pilot layihə çərçivəsində Bakıdan Türkiyənin İstanbul şəhərinə və əks istiqamətdə həyata keçirdiyi reyslərə baqajsız bilet satmağa başlayıb.

"DM" bu barədə aviaşirkətə istinadən xəbər verir.

Məlumata görə, onlayn aviabilet bron edənlər daha sərfəli "Economy Lite” tarifini seçə bilərlər. Bura yalnız əl yükü (çəkisi 10 kq və ölçüləri 55x40x23 sm qədər) daxildir. Əgər baqaj lazım olsa, sərnişin onu onlayn "Rezervasiyanın idarə edilməsi” bölməsində, 24 saat xidmət göstərən çağrı mərkəzi ilə əlaqə saxlayaraq və yaxud birbaşa hava limanında qeydiyyat masasından əldə edə bilər.