29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Macarıstandan Ukraynaya cavab: Konsul qovuldu

04.10.2018

Ukrayna Bereqova şəhərindəki Macarıstan konsulunu arzuolunmaz şəxs elan edib.
"Dövran Media" xəbər verir ki, bu məlumatı Ukrayna Daxili İşlər Nazirliyi yayıb. Nazirlik bu barədə rəsmən Macarıstanın Ukraynadakı səfiri Erno Keşkenyuya məlumat verildiyini bildirib. Konsulun ölkəni tərk etməsinə 72 saat vaxt qoyulub.
Xatırladaq ki, Ukraynanın Xarici İşlər naziri Pavel Klimkin bir neçə gün öncə Zakarpartye vilayətində Ukrayna vətəndaşlarına Macarıstan pasportlarının verildiyini faktlarla macar həmkarı Peter Siyartoya çatdırdığını bildirmiş, bunun konsulluq münasibətlərinə dair Venesiya Konvensiyasının tələblərinə zidd olduğunu vurğulamışdı: "Mən macar həmkarıma konsullarının geri çağırılmasını təklif etdim. Əgər bu baş verməsə, bu həftə konsulun ölkədən çıxarılmasına dair nota təqdim edəcəyik”, - Klimkin bəyan etmişdi.
***
Macarıstan Ukrayna konsulunun ölkədən deportasiya edilməsi haqqında qərar qəbul edib.
Bunu jurnalistlərə açıqlamasında Macarıstan Xarici İşlər naziri Piter Siyarto deyib. O, bu addımın Ukraynanın Bereqova şəhərindəki macar konsulun arzuolunmaz şəxs elan edilməsinə cavab olaraq atıldığını bildirib.