04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Almaniya paytaxtında Şuşa şəhərinin 270 illiyi qeyd edilib - FOTO

01.09.2022

Berlində ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərinin 270 illiyinə həsr olunmuş konsert keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniyada fəaliyyət göstərən "Khari-Bülbül” Azərbaycan Mədəniyyət Evinin təşkilatçılığı ilə baş tutan konsert Şuşanın qədim və müasir tarixini, ölkəmizin Qarabağdakı parlaq qələbəsini və Diaspor Gənclərinin III Yay Düşərgəsini əks etdirən videogörüntülərin nümayişi ilə başlayıb.

Sonra Bakıdan gəlmiş "Ritm” rəqs qrupunun ifasında Azərbaycanın milli rəqsləri təqdim edilib. Konsertin gedişində bayram əhval-ruhiyyəli soydaşlarımız böyük çoşqu yaradan rəqs qrupuna qoşulublar.

Tədbirin sonunda Almaniya Azərbaycanlıları Alyansının sədr müavini, "Khari-Bülbül” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Sevda Bədəliouri və digərləri çıxış edərək iştirakçılara və qonaqlara minnətdarlıqlarını bildiriblər.