29 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yıldırım: ABŞ açıq-aşkar Suriyada terrorçuları dəstəkləyir

04.10.2018

ABŞ açıq-aşkar Suriyada terrorçuları dəstəkləyir.
Trend-in məlumatına görə, bunu Türkiyə parlamentinin sədri Binəli Yıldırım deyib.
Onun sözlərinə görə, Vaşinqton sözdə Türkiyənin müttəfiqi olduğunu bildirsə də, əməldə fərqli hərəkət edir:
"ABŞ bildirir ki, onlar İŞİD-lə mübarizə məqsədilə YPG silahlılarına dəstək göstərir. Amma bir terror təşkilatı ilə mübarizə üçün digər terror təşkilatını dəstəkləmək qəbulolunmazdır”.
B.Yıldırım əlavə edib ki, regiondakı münaqişələr Türkiyəyə mənfi təsir göstərir və vurğulayıb ki, Suriya və İraqdakı münaqişələr nəticəsində 3,5 milyondan çox qaçqın Türkiyə ərazisinə keçib.