28 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğan: NATO-nun kimə kömək etdiyini görürük

01.09.2022

Yunanıstanın Egey dənizində Türkiyə Hərbi Hava Qüvvələrinə qarşı hərəkətləri regionda sabitliyi pozmaq planının bir hissəsidir.

"DM" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Biz Şərqi Aralıq dənizində Türkiyənin hüquqlarını pozmaq cəhdlərinin arxasında duran əsl səbəbləri yaxşı bilirik. Bu gün Türkiyə sərhədləri yaxınlığında terrorçuları pulsuz silahlandıran qüvvələrin və dairələrin məqsədlərindən də xəbərdarıq, baxmayaraq ki, onlar vaxtilə Ankaraya pul müqabilində belə silah verməkdən imtina ediblər. Bir vaxtlar milli təhlükəsizliyə artan təhdidlər fonunda Türkiyəyə lazımi dəstək verməyən NATO-nun bu gün kimə kömək etdiyini də görürük”, - Ərdoğan bildirib.