29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sahdan bal SATILACAQ

04.10.2018

Sabah start götürəcək yarmarkada 150 ton bal satışa çıxarılacaq. 
Sabahdan başlayaraq, oktyabrın 28-dək Bakıda Arıçılıq Məhsullarının 19-cu Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək.Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq şöbəsinin müdiri Asəf Ömərov məlumat verıb.
Onun sözlərinə görə, yarmarkaya respublika üzrə 371 sahibkardan 150 ton süzmə bal daxil olub: "Bundan 5 ton çərçivə halındadır. Daha çox arı məhsulları Astara və Aran iqtisadi rayonlarından daxil olub".
Şöbə müdiri vurğulayıb ki, Azərbaycanda 271.682 arı ailəsi var: "Hər arı ailəsindən illik məhsuldarlıq orta hesabla 10 kq, illik respublika üzrə bal istehsalı 3.000 ton, bal istehlakı 5.000 tondur. Ən çox arı ailəsi Zaqatala (1.7097), Astara (12.429), Qax (9.125), Lerik (8.669) və Balakəndədir (8.581)".
A.Ömərov qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi hər il yarmarkanın təşkilati və məhsulların keyfiyyəti məsələləri üçün cavabdehlik daşıyırdı.
Bu il isə nazirlik yarmarkanın yalnız təşkilati məsələlərinə görə cavabdehlik daşıyır.