28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya sülhməramlılarının bütün postları Laçın şəhərindən götürülüb

01.09.2022

Rusiya sülhməramlılarının Laçın şəhərində, Zabux və Susda qurduqları müvəqqəti postlar tam sökülərək götürülüb.

"Report”un Laçın şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, sülhməramlıların həmin ərazilərdəki səlahiyyətləri bir neçə gündür ki, başa çatıb.

Qeyd edək ki, avqustun 26-da Prezident İlham Əliyev "Twitter” səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan həmin gün azərbaycanlıların Laçın şəhərinə qayıtdıqlarının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.