28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kremldən Ərdoğanın Krımla bağlı açıqlamasına cavab

31.08.2022

Ankara əvvəldən bu məsələdə bizdən fərqli fikir söylədi, lakin Krım Rusiya Federasiyasının bir hissəsidir.

"DM" xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Türkiyə lideri Ərdoğanın Krımla bağlı fikirləri haqda danışarkən deyib.

"Ərdoğanın sözləri Türkiyə-Rusiya münasibətlərinə təsir etmir”, - Peskov bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Krımın ələ keçirilməsini qanunsuz, konstitusiyaya zidd hesab etdiyini və Ukraynaya qaytarılması gərəkdiyini bildirib.