28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

31.08.2022

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1608 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 329, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 279, üç və daha çox doza vaksin vurduranların sayı 866, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 134 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 860 396, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 373 902, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 863 085, üç və daha çox doza vaksin vurduranların sayı 3 364 209, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 259 200 təşkil edir