28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Laçında Ermənistan istehsalı olan qadağan edilmiş 1318 mina aşkarlanıb

31.08.2022

Laçın rayonu ərazisində kütləvi şəkildə piyada əleyhinə minalar aşkarlanır.

Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat verir ki, Laçın rayonu ərazisində piyada əleyhinə mina sahələrindən ancaq cari ilin 15 avqust tarixindən 31 avqust tarixinədək 1318 ədəd PMN-Э növlü minalar aşkar edilib.

Həmin minalar Vətən müharibəsindən sonra 2021-ci ildə Ermənistanda istehsal olunub.

Qeyd edək ki, beynəlxalq humanitar hüquqa əsasən, 1997-ci ildə qəbul edilmiş Ottava müqaviləsi piyada əleyhinə minaların istehsal edilməsi, saxlanılması, daşınması və istifadəsini qadağan edir.

Həmçinin, Ermənistan işğaldan azad olunmuş ərazilərdə piyada əleyhinə minalar basdırmaqla 1949-cu il tarixli Cenevrə Konvensiyalarının I Əlavə Protokolunun tələblərini pozur və bunu açıq şəkildə nümayiş etdirməklə beynəlxalq ictimaiyyətə hörmətsizlik nümayiş etdirir.

Ermənistanın basdırdığı piyada əleyhinə minaların kütləviliyi və sahələrin böyük miqyası bu ölkə tərəfindən həyata keçirilən mina terrorunun təzahürüdür. Bütün bunlar regionda sülhə və təhlükəsizliyə, ətraf mühitə qarşı qəsdən törədilmiş cinayətdir və Ermənistanın düşmənçilik niyyətinin əyani göstəricisidir.