28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran nüvə proqramı ilə bağlı mövqeyinə görə Rusiyaya təşəkkür edib

31.08.2022

Sanksiyaların ləğvi sahəsində mövqeyimizə verdiyi dəstəyə görə Moskvaya təşəkkür edirik.

Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün Moskvada Rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat konfransında deyib.

İran XİN başçısı Lavrovla İraqdakı və Yəməndəki durumu da müzakirə etdiyini əlavə edib.

"İraqdakı hadisələrlə bağlı bizim mövqelərimiz Moskva ilə eynidir və ümid edirik ki, bu ölkədə vəziyyət tezliklə normallaşacaq. Yəməndə isə atəşkəs üçün ölkə rəhbərlərinin qərarı və blokadanın götürülməsi lazımdır”.

İran xarici işlər naziri nüvə proqramı ilə bağlı ölkəsinə qarşı irəli sürülən yeni ittihamları qəbul etmədiklərini deyib.

Hüseyn Əmir Abdullahian Əfqanıstan məsələsinə toxunaraq deyib ki, bu ölkədəki bütün etnik qruplardan ibarət inklüziv hökumətin formalaşmasına zərurət var.