04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan və Ermənistan baş nazir müavinlərinin növbəti görüşünün tarixi və yeri məlum olub

31.08.2022

Azərbaycanın baş nazirin müavini Şahin Mustafayev və ermənistanlı həmkarı Mqer Qriqoryan üçüncü görüş barədə razılığa gəliblər.

Bildirilir ki, üçüncü görüş Belçikanın paytaxtı Brüsseldə keçiriləcək.

Məlumata görə, görüş Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşündən sonra bir ay ərzində baş tutacaq.

Baş nazirin müavinlərinin növbəti görüşünün gündəliyində dayanan məsələlər açıqlanmayıb.

Xatırladaq ki, avqustun 30-da Moskvada Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiya üzrə Dövlət Komissiyasının və Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın ikinci iclası keçirilib.