06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putin müharibəyə şəxsən rəhbərlik edir: narazılıq var

31.08.2022

Rusiya lideri Putin Ukraynada "xüsusi əməliyyat” adlandırdığı müharibəyə vaxtaşırı olaraq rəhbərliyi öz üzərinə götürür. Bu addım onun açıq şəkildə hərbçilərdən narazı olduğunu göstərir. Həmçinin, orduya komandanlıq edən generalların da tez-tez dəyişməsi buna dair sübutlardan biridir.

"DM" xəbər verir ki, bu barədə ukraynalı təhlükəsizlik üzrə ekspert İvan Varçenko deyib.

O bildirib ki, aprel ayında Rusiyanın Ukraynada uğursuzluqlarından sonra ilk dəfə Putin aktiv şəkildə orduya komandanlıq etməyə başladı:

"Məlum məsələdir ki, hərbçilər öz peşələrinə bu cür mülki şəxsin kobud şəkildə müdaxilə etməsinə qısqanclıq edir. Məhz bundan irəli gəlir ki, onlar daha peşəkar iş görmək istəmir. Çünki başa düşürlər ki, indi siyasətçilər peşəkarlardan və hərbçilərdən daha güclüdür”, - o bildirib.