29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İnquşlar çeçenlərə qarşı çıxdı, havaya atəş açıldı

04.10.2018

İnquşetiya sakinləri respublikanın inzibati mərkəzi sayılan Maqas şəhərində etiraz aksiyasına çıxıblar.
"Dövran Media" BBC-nin Rusiya xidmətinə istinadən xəbər verir ki, yerli parlamentin deputatları təhlükəsizlik qüvvələri tərəfindən təcili evakuasiya olunublar.
İnquş camaatının əsas narazılığı qonşu Çeçenistanla sərhədlərin yekun formada müəyyənləşməsidir. Belə ki, iki respublika arasındakı razılaşma əsasında İnquşetiyaya məxsus neft-qaz regionu Çeçenistana veriləcək.
Etirazçı kütlənin sayının 5-10 min arasında dəyişdiyi və gərginliyin qaldığı bildirilir. Respublikanın rəhbəri Yunusbəy Yevkurovun çıxışı zamanı onun üstünə butulka atılmasından sonra polis qüvvələri havaya atəş də açıblar.