06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Döyüşmək istəməyən rus əsgərlərə təklif

31.08.2022

Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba artıq Ukraynada döyüşmək istəməyən rusiyalı hərbçilər üçün xüsusi proqrama başlamağı təklif edir.

"DM" xəbər verir ki, bu barədə o, "Röyters” agentliyinə müsahibəsində bildirib.

"Mən əminəm ki, bu təklif təqdirəlayiqdir, çünki yalnız bir rus əsgəri silahı yerə qoyub getməyə qərar versə belə, bu, ukraynalıların həyatını xilas etmək və sülhü yaxınlaşdırmaq deməkdir. Özünüzü xilas edin və silahlarınızı yerə qoyun, Ukrayna qoşunlarına təslim olun və yeni həyata başlamaq imkanı əldə edin”, - Kuleba deyib.