06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Britaniya: Ukrayna cəbhə xəttini yarıb

31.08.2022

Ukrayna qoşunları cənubda Rusiyanın zəif müdafiəsindən istifadə edərək bəzi yerlərdə cəbhə xəttini yara biliblər.

"DM" xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının hesabatında qeyd olunub.

"Buna cavab olaraq, Rusiya Donbasdan bu ərazilərə bölmələr göndərməklə yaranmış böhranı aradan qaldırmağa çalışacaq. Rusiya komandanlığı həmçinin Ukrayna ordusunun hücumlarından zərər çəkmiş qüvvələri gücləndirmək üçün əlavə birləşmələr yaradır”, - məlumatda bildirilib.

Kəşfiyyat Zaporojye istiqamətinə göndərilmiş Rusiyanın 3-cü ordu korpusunun da zəif olduğunu qeyd edib:

"3-cü ordu korpusunda şəxsi heyət çatışmazlığı var və onun təlim səviyyəsi də aşağıdır”.