30 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İki milyard dollarla qaçan kriptovalyuta birjasının qurucusu Albaniyada ələ keçib

30.08.2022

Qırmızı bülletenlə axtarışda olan "Thodex”in qurucusu Fatih Özer Albaniyanın Vlora şəhərində ələ keçirilib.

Bu barədə Albaniya polisi açıqlama verib. Özerin Türkiyəyə ekstradisiyasına başlanılıb.

Faruk Fatih Özer minlərlə insandan topladığı iki milyard dollarla Albaniyaya qaçıb.

"Albaniya Respublikasının daxili işlər naziri Bledar Çuçi bu gün səhər saatlarında Türkiyə daxili işlər naziri Süleyman Soyluya qırmızı bülletenlə axtarılan "Thodex”in qurucusu, qaçaq Faruk Fatih Özerin Albaniyanın Vlora şəhərində saxlanıldığını bildirdi. Eyni zamanda onun şəxsiyyətinin biometrik nəticələrlə təsdiqləndiyi barədə məlumat verdi.

Təhlükəsizlik Baş İdarəsinin İnterpol Şöbəsi tərəfindən Fatih Özerin Türkiyəyə ekstradisiyasına dair prosedurlara başlanılıb”, - deyə Albaniya Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Mənbə: Haber Global