Zakir Həsənov Ankarada Heydər Əliyev Parkını ziyarət edib 
    
                         
     
                         30.08.2022
 
    
                        Türkiyə Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 30-da Ankaradakı Heydər Əliyev Parkını ziyarət edib.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, general-polkovnik Z.Həsənov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin parkdakı abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramını bildirib.