29 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Uşaqlara yumşaq oyuncaqlar alarkən DİQQƏTLİ OLUN

04.10.2018

Yalnız sertifikatı olan yumşaq oyuncaqlar uşaqların sağlamlığı üçün təhlükəsizdir
Mağazalarda uşaqlar üçün müxtəlif yumşaq oyuncaqlar satılır. Onların keyfiyyəti və sağlamlığa təsiri valideynləri hər zaman düşündürür.
Respublika Sanitar-Karantin Müfəttişliyindən verilən məlumata görə, bu il həmin məhsullarla əlaqədar cəmi 10 müraciət daxil olub və onların hər biri yoxlanılandan sonra satışına icazə verilib.
Müfəttişliyin şöbə müdiri Yədulla Balışevin dediyinə görə, yumşaq oyuncaqların yol kənarında satılması düzgün deyil. Yumşaq oyuncaqların üzərinə qonan toz və digər maddələr müəyyən vaxtdan sonra uşaqlarda müxtəlif xəstəliklər və patologiyalar yaradır. Yalnız gigiyenik sertifikatı olan və keyfiyyətli məhsulun satışına icazə verilir.