30 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sabahın hava proqnozu açıqlanıb

30.08.2022

Avqustun 31-nə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında yağmursuz hava olacaq, cənub küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 33-37 dərəcə isti, Bakıda gecə 22-24, gündüz 35-37 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 25-30% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-22, gündüz 35-39 dərəcə isti, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.