29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədə partlayış: ÖLƏNLƏR VAR

04.10.2018

Türkiyənin Batman bölgəsində baş verən partlayış zamanı ölənlərin sayı yeddiyə yüksəlib. 
"Dövran Media" Türkiyə KİV-ə istinadla xəbər verir ki, yaralı olan iki nəfərin isə xəstəxanada müalicəsi davam etdirilir. 
Türkiyənin Batman bölgəsinin Gercüş rayonunda partlayış baş verib. 
"Dövran Media" Türkiyə KİV-ə istinadla xəbər verir ki, PKK terrorçuları tərəfindən yola quraşdırılmış əldəqayırma partlayıcı zirehli hərbi avtomobilin keçidi zamanı işə düşüb. 
Hadisə nəticəsində dörd hərbçi ölüb, beşi isə yaralı halda xəstəxanaya yerləşdirilib. Onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilib. 
Partlayışdan sonra terrorçuların zərərsizləşdirilməsi üçün bölgədə əməliyyat başlayıb.