03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İsmayıllıda şəhidin adı verilən küçədə barelyefin açılışı olub - VİDEO

29.08.2022

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Aqil Mirzəliyevin ad günündə adı verilən küçədə barelyefin açılış mərasimi keçirilib.

Mərasimdə RİH-nin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, həmçinin Qəbələ rayonundan olan bir qrup şəhid ailələri iştirak ediblər.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Çıxış edənlər şəhidin həyatından və qəhrəmanlıq nümunəsi olan döyüş yolundan danışıblar. Bildirilib ki, A. Mirzəliyev döyüşlərdə göstərdiyi şücaətə görə Azərbaycan Prezidentinin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda”, "Cəsur döyüşçü”, "Xocavəndin azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli "Rəşadət ordeni” ilə təltif edilib.

Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlığını bildirib.
Mərasim məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlərlə davam edib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik: