02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazirlik rəsmisi: “Yasamalda baş verən hadisə torpaq sürüşməsi deyil”

29.08.2022

"Bu gün paytaxtın Yasamal rayonu, Qurban Xəlilov küçəsində yamacda baş verən hadisə torpaq sürüşməsi deyil”.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.

Onun sözlərinə görə, hadisəyə səbəb həmin ərazidə olan evlərin birində həyətin həddən artıq sulanması olub:

"Bizim əməkdaşlar həmin əraziyə cəlb olunub və hadisəni analiz ediblər. İntensiv suvarma nəticəsində yamacın başındakı daş parçası yola düşüb. Artıq yol təmizlənib, heç bir problem yoxdur. Bir daha diqqətinizə çatdırmaq istəyirəm ki, Yasamal rayonunun Qurban Xəlilov küçəsindəki yamacda sürüşmə baş verməyib. Orada nə sürüşmə, nə də uçqun prosesinin potensialı yoxdur. Ərazi dayanıqlı vəziyyətdədir”.