02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Milli Məclisin plenar iclasının vaxtı məlum olub

29.08.2022

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı məlum olub.

"DM" xəbər verir ki, parlamentin payız sessiyasında ilk plenar iclası sentyabrın 30-da baş tutacaq.

Parlamentin Daxili Nizamnaməsinə əsasən, Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.