05 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Son sutkada neçə nəfər koronaya yoluxub?

26.08.2022

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 542 yeni yoluxma faktı qeydə alınıb, 501 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, son sutkada koronavirusdan 1 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 811 131 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 797 668 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 667 aktiv xəstə var. Bu günə qədər 9 796 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 659, bu günə qədər isə ümumilikdə 7 138 810 test icra olunub.