05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Buçada ruslara kömək edən cinayətkarlar tutulub

26.08.2022

Buça şəhərinin işğalı zamanı rusların tərəfinə keçən cinayət qrupunun üzvləri işğalçılara kömək ediblər.

"DM"xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

"Cinayətkarlar Rusiya hərbçilərinə texnikanı evlərin arasında yerləşdirilməsi üçün yerlər təklif ediblər. Onlar yol bloklarının, pulemyot mazğallarının yaradılmasına köməklik göstərib, sakinlərin girov saxlandığı yaşayış komplekslərindən birinə nəzarət ediblər. Rus əsgərləri onların vasitəsilə evlərə soxulub, insanları oğurlayıb, hədələyib, döyüblər. Dəstə üzvləri Kiyev vilayətinin sakinləridir. İşğal idarəsində vəzifə almaq istəyiblər. Ərazi işğaldan azad edildikən sonra cinayətkarlar yaşayış komplekslərindən birinin ərazisində gizləniblər. Hazırda dəstə üzvləri saxlanılıb. Axtarışlar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən silah-sursat və cinayət əməlinin digər sübutları aşkar edilib”, - məlumatda deyilib