05 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Masallıda dağlıq ərazidə yanğın lokallaşdırılıb - VİDEO

26.08.2022

Ötən gündən Masallı rayonunun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə başlanan yanğın lokallaşdırıb.

FHN-in Masallı Yanğından Mühafizə Hissəsinin rəisi Qabil Nemətov bildirib ki, yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb. Yanğın 8204 hektar meşə zolağının ilkin məlumata əsasən 5,5 hektarını əhatə edib. Hazırda yanğının hansı səbəbdən baş verməsi araşdırılır. Yanğın olan ərazi tam nəzarətə götürülüb.