27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu gün Türkiyə, İsveç və Finlandiya nümayəndə heyətləri görüşəcək

26.08.2022

İsveç və Finlandiya bu gün Türkiyə ilə NATO-ya üzvlüyü müzakirə edəcək.

"DM” Türkiyə mətbuatına istinadən xəbər verir ki, nümayəndə heyətləri Finlandiyanın paytaxtı Helsinkidə görüşəcəklər.

Türkiyəni toplantıda xarici işlər nazirinin müavini Sedat Önal və Prezidentin sözçüsü İbrahim Kalının rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. İclasda İsveç və Finlandiyadakı terrorçuların Türkiyəyə qaytarılması məsələsi də müzakirə olunacaq.

Qeyd edək ki, görüş Stokholm və Helsinkinin təşəbbüsü ilə baş tutacaq.

Xatırladaq ki, tərəflər arasında iyunda Madriddə əldə olunan razılaşmaya görə İsveç və Finlandiya terrorçuları Türkiyəyə qaytaracağı təqdirdə, Ankara həmin dövlətlərin NATO-ya üzvlük protokolunu təsdiqləyəcək.