28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əli Əsədov Qırğızıstan prezidenti ilə görüşüb - FOTO

25.08.2022

Avqustun 25-də Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində Avrasiya Hökumətlərarası Şurasının iclasında qonaq qismində iştirak edən Azərbaycanın Baş naziri Əli Əsədov Çolpon-Ata şəhərində Qırğızıstan Prezidenti Sadır Japarov ilə görüşüb.

Bu barədə Nazirlər Kabineti məlumat verib.

Qırğızıstan Prezidenti Sadır Japarov Baş nazir Əli Əsədovu və iclasın digər iştirakçılarını, o cümlədən Avrasiya Hökumətlərarası Şurasının üzvlərini və tədbirdə müşahidəçi və qonaq qismində iştirak edən dövlətlərin hökumət başçılarını salamlayıb.

Baş nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Qırğızıstan Prezidentinə çatdırıb.

Ə.Əsədov, həmçinin Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlığının ikitərəfli gündəliyində duran məsələlərə toxunub.