03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Pentaqon; Ukrayna NATO standartlarına keçəcək

25.08.2022

Ukrayna ordusu tədricən NATO standartlarına keçəcək.

"DM" xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kal deyib.

"İllər sonra da onlar özlərinin istehsal etdikləri sistemlərdən və sursatlardan istifadə edə biləcəklər. Bununla belə, gözləntilərimə görə, Ukrayna tədricən NATO standartlarına keçəcək”, - o bildirib.

Kalın sözlərinə görə, Ukraynanın NATO-nun silah sisteminə tam inteqrasiyası ən azı üç il çəkəcək.