02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İstanbulda daşqın görüntüləri: Yağış suları evlərə dolub- VİDEO

25.08.2022

Türkiyənin İstanbul şəhərinin Esenyurt rayonunda güclü leysan nəticəsində daşqınlar baş verib.

Şəhərin Avropa hissəsində səhər saat 9-da başlayan və ildırımla müşayiət olunan yağış Esenyurt, Beyoğlu, Fatih, Zeytinburnu, Bayrampaşa və Beşiktaş rayonlarında fəsadlar yaradıb.

Yağış səbəbindən Beşiktaş və Taksimdə nəqliyyatın hərəkəti dayanıb.

Evləri su altında qalan vətəndaşlar əllərindəki vedrələrlə suyu boşaltmağa çalışıblar.


Mənbə: TRT Haber