29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənistan parlamenti Paşinyana “yox” dedi

03.10.2018

Ermənistan parlamentinin bugünkü iclasında dörd fraksiyadan üçü növbədənkənar seçkilərin 2019-cu ilin yazında keçirilməsini dəstəkləyiblər. 
"Dövran Media" xəbər verir ki, bununla bağlı "İnterfaks” məlumat yayıb. 
Bildirilib ki, Respublika, "Daşnaqsütyun” və "Çiçəklənən Ermənistan” partiyaları baş nazir Nikol Paşinyanın növbədənkənar seçkilərin bu ilin dekabrında keçirilməsi ilə bağlı təklifinə qarşı çıxıblar. Bu vəziyyətdə onlar hökumət rəhbəri postuna öz namizədlərini irəli sürməyə hazır olmayacaqlar.
Yalnız Paşinyan tərəfindən yaradılmış "Mülki müqavilə” partiyası, "İşıqlı Ermənistan” və Respublika Partiyaları tərəfindən qurulmuş "Yelk” fraksiyası növbədənkənar seçkilərin ilin sonunadək keçirilməsi təklifini qəbul edib.