05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Liz Trass “nüvə düyməsi”nə basa bilər: “Mən bunu etməyə hazıram”

24.08.2022

Böyük Britaniyanın baş nazir postuna namizəd və xarici işlər naziri Liz Trass nüvə silahından istifadə edilə biləcəyini söyləyib. Nazir, lazım gələrsə, nüvə silahını işə salmaq üçün düyməni basmağa hazır olacağını qeyd edib.

"Düşünürəm ki, bu, baş nazirin vacib vəzifəsidir. Mən bunu etməyə hazıram”, - deyə o, Birmingemdə seçki debatı zamanı bildirib. Debat "Times Radio”nun "YouTube” kanalında yayımlanıb.

İyulun əvvəlində Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri baş nazir seçiləcəyi təqdirdə Putinlə görüşməyə və G20 sammitində "onu söhbətə çağırmağa” hazır olduğunu bildirmişdi.

O, həmçinin vurğulayıb ki, qarşısına qoyduğu vəzifələrdən biri də Böyük Britaniyanı Ukraynanı silahla təmin edən ilk Avropa ölkəsinə çevirməkdir.

Mənbə: Sputnik Belarus